Texasda yük maşınında 46 miqrantın cəsədi aşkarlandı - VİDEO

ABŞ-ın Texas ştatında yük maşınında 46 miqrantın cəsədi aşkarlanıb. 

ABC telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, hadisədə əli olan bütün şübhəlilər həbs ediliblər.

Qeyd olunur ki, hadisə nəticəsində daha 16 nəfər yaralanıb -  12 böyük və dörd uşaq – onlar yerli xəstəxanaya çatdırılıblar. 

San Antonio departamentinin məlumatına əsasən, miqrantların olduğu yük maşınında su və kondisioner olmayıb.

Faktla bağlı araşdırmalar davam edir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ