Poltava vilayətinin Kremençuk şəhərində ticarət mərkəzinə raket hücumu həyata keçirilib.
“Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil. Rusiya ordusu üçün təhlükə yoxdur. Strateji dəyəri yoxdur. Yalnız insanların normal həyat sürmək cəhdi işğalçıları çox qəzəbləndirir”, - Vladimir Zelenski şərh edib.
Ukrayna prezidenti içəridə 1000-dən çox insanın olduğunu bildirib.