Rusiya ordusu Lisiçanska daxil oldu

Rusiyayönlü qoşunlar Lisiçanska daxil olub, şəhər daxilində döyüşlər gedir, TASS mənbəyə istinadən xəbər verir.

"Şəhərin bir hissəsi bizim nəzarətimizdədir, şəhər daxilində müttəfiq qüvvələrin hərəkəti kifayət qədər aktivdir", - mənbə bildirib.

Lisiçansk Severodonetskin yanında yerləşir, onun uğrunda döyüşlər mayın sonundan gedir. Aqlomerasiyaya bu şəhərlərlə yanaşı, Rubijnoye, Kremennaya və bir sıra kəndlər də daxildir.

Rusiya və özünü LXR adlandıran qüvvələri Lisiçanskdakı mədən və fabriklərdən birinə nəzarəti ələ keçirdilər, hazırda şəhərlərdə döyüşlər gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ