Ukraynadakı Rusiya qoşunlarının komandirlərinin adları açıqlandı - FOTO

Rusiya Müdafiə Nazirliyi yeni brifinq zamanı ilk dəfə olaraq Ukraynadakı Rusiya qoşunlarının komandirlərinin adlarını açıqlayıb.

Xüsusilə, nazirlik cənub qoşun qruplaşmasının və mərkəz qrupunun komandirlərinin adını çəkdi - bunlar Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin və general-polkovnik Aleksandr Lapindir.

2017-ci ildə Surovikin Suriyada bir qrup Rusiya hərbçisinə komandanlıq edib. 2019-cu ildə yenidən Suriyaya komandir təyin edilib.

Ukraynanın Mərkəzi Qüvvələr Qrupuna general-polkovnik Aleksandr Lapin komandanlıq edir. 

Lapin 2017-ci il noyabrın 22-dən Mərkəzi Hərbi Dairə qoşunlarının komandanıdır. Bundan əvvəl o, Suriyadakı Rusiya qoşunları qrupunun qərargahına, 2018-ci ildən 2019-cu ilin yanvarına kimi isə qrupun özünə rəhbərlik edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ