Ukrayna qoşunları Severodonetskdən geri çəkilir

Ukrayna ordusu Severodonetsk şəhərini tərk etməli olacaq.

Buta.media-nın xəbərinə görə, bu barədə iyunun 24-də Luqansk vilayətinin administrasiyasının rəhbəri Sergey Qaydaq öz Telegram kanalında yazıb.

“Təəssüf ki, biz ordumuzu Severodonetskdən çıxarmalı olacağıq, çünki dağılmış mövqelərdə qalmağın mənası yoxdur: ölənlərin sayı artır”, - Qayday yazır.

Onun sözlərinə əsasən, Rusiya qoşunlarının dörd aydır hər gün bombardman etdiyi Severodonetskdə binaların 90%-i dağılıb və ya zədələnib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ