Meymunçiçəyi pandemiya elan edildi

Ümumdünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.

Bu barədə məlumatı təşkilat yayıb.

Bildirilib ki, hazırda 58 ölkədə sözügedən xəstəliyə yoluxma qeydə alınıb. Dünya üzrə ümumilikdə yoluxanların sayı isə 3417 nəfər təşkil edir.

Qeyd olunub ki, infeksiyanın yayılma tempi hər həftə daha da artır. Təşkilat dövlətləri və səhiyyə təşkilatlarını dərhal hərəkətə keçməyə çağırdı.

Qurum həmçinin ictimaiyyəti xəstəlik barədə məlumatlaındırımasına başlamağı tövsiyyə edib - xəstəliyin simptomları, test sisteminin genişləndirilməsi və virusa yoluxan pasiyentin izlənilməsi. Bildirilir ki, xəstəliyin uşaqlar arasında yayılması ölənlərin sayını artıracaq. Bundan əlavə vəziyyət siçanların və digər gəmiricilərin yoluxması ilə çətinləşə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ