Yuri Şatunov vəfat etdi

“Laskovıy may” qrupunun keçmiş solisti Yuri Şatunov Moskvada vəfat edib.

Bu barədə Lenta.ru saytı məlumat yayıb.

Müğənninin ölümünə səbəb infarkt olub. O gecə saatlarında təcili yardım maşınında dünyasını dəyişib. Şatunovun 48 yaşı var idi.

Yuri Şatunov 1973-cü ildə Başqırdızıstanda doğulub. Onun valideynləri üç yaşı olanda boşanıblar, 11 yaşında isə anası vəfat edib. 

Yeniyetməlik dövrünü uşaq evində keçiriən gələcək pop-ulduz burada Sergey Kuzneçovla tanış olub və bundan sonra “Laskovıy may” qrupunun tarixi başlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ