Putinin mühafizəçisini başından güllə yarası ilə aşkarladılar

Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi işləmiş və “nüvə çamodanını” daşıyan FTX polkovniki Vadim Zimin başından güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Mirror nəşri yazır. Qeyd edilir ki, Zimin hazırda kritik vəziyyətdə reanimasiyadadır.

Nəşrin məlumatına əsasən, Zimini iyunun 20-də Moskva vilayətində Krasnoqorsk şəhərində yerləşən evində qardaşı aşkarlayıb. Onun yanında İj 79-9TM tapançası olub. Hadisə zamanı keçmiş FTX əməkdaşının birgə yaaşdığı qadın evdə olmayıb.

Məlumdur ki, Zimin Kremldə təkcə Putin deyil, Boris Yeltsinin də dövründə işləyib.

Rusiya KİV-in məlumatına görə, Zimin gömrük xidmətində işə keçdikdən ona qarşı rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ