Rusiya Mariupoldan qoşunlarını çıxarır

Rusiya hərbi texnika kolonları işğal edilmiş Mariupol şəhərini tərk etməyə başlayıblar. Onlar Berdyansk-Poloqi istiqamətində hərəkət edirlər.

Buta.media-nın xəbərinə görə, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

Onun sözlərinə əsasən, rusiyalılar stasionar blok-postları demontaj ediblər və şəhərdə yalnız nəzarət məntəqələri saxlanılıb.

“Rusiya qoşunları taktikanı dəyişiblər. Şəhərdən Rusiya hərbçilərinin böyük hissəsi çıxarılaraq cəbhənin digər istiqamətinə göndərilib. Resurs çatışmazlığı var. Hazırda artqı ikinci gündür ki, Rusiya hərbi kolonları Mariupolu tərk edərək Berdyansk-Poloqi istiqamətində hərəkət edirlər”, - deyə o bildirib.

Andryuşenko əlavə edib ki, rusiyalı hərbçilər döyüşmək istəmirlər və onlar arasında təslim olmaqla bağlı söhbətlər çoxalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ