Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb - VİDEO

Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Buta.media xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb.

1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ