Əfqanıstanda güclü zəlzələ: 1000 nəfər ölüb

Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı artıq 1000-ə çatıb. 1500-dən çox adam isə xəsarət alıb. 

Bu barədə ABC News məlumat yayıb. 

Ərazinin relyefi çətin olduğundan xilasetmə işlərində durğunluq yaranıb. Qeyd olunur ki, Taliban hökuməti beynəlxalq yardım istəyib.

“Ölkədə belə böyük fəlakət yaşandığı təqdirdə başqa dövlətlərin yardımına ehtiyac duyulur. Bu cür nəhəng faciənin qarşısını almaq bizim üçün çətindir”, - Talibanın fəlakətlərin idarə edilməsi üzrə naziri Şarafuddin Muslim söyləyib.  

 

10:07

Əfqanıstanın cənub-şərqindəki Paktika əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb.

Buta.media-nın xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

Sosial şəbəkələrdə dağılmış evləri, küçələrdə dağıntıları və xərəkdə qurbanları əks etdirən görüntülər yayılıb.

Yerli hakimiyyətin sözçüsü bildirib ki, ölənlərin sayı arta bilər.

Zəlzələnin episentri Əfqanıstanın cənub-şərqindəki Xost şəhərindən təxminən 44 kilometr aralıda yerləşib.

Yeraltı təkanlar Pakistan və Hindistan da daxil olmaqla, ölkə sərhədindən 500 km-dən çox məsafədə hiss olunub. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələ Əfqanıstanın paytaxtı Kabildə və Pakistanın paytaxtı İslamabadda da hiss edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ