Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox vəsait lazım olacaq.
Bunu Avropa İnvestisiya Bankının (EIB) rəhbəri Verner Hoyer brifinqdə bildirib.
Onun sözlərinə görə, Avropa Ukraynanın yenidən qurulmasında ən böyük rolu oynamalı olacaq.
“EIB rəhbərliyi artıq Ukraynanın yenidən qurulması üçün 1-1,5 milyard dollar arasında vəsaitin ayrılması üzərində işləyir”, - Hoyer vurğulayıb.