Rusiya ordusu dünyada ən güclüdür - Putin

Bu gün dünyada Rusiyadan daha effektiv silahlı qüvvələrə malik ölkə yoxdur, lakin indiki vəziyyət ordunu daha da təkmilləşdirməyə imkan verəcək.

Buta.media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşdən sonra hərbi qulluqçularla qeyri-rəsmi söhbəti zamanı deyib.

“Mən düşünmürəm ki, bu gün dünyada Rusiyadan daha effektiv hərbi sistem var. Ancaq günümüzün tələbləri bizə əlavə olaraq harada nələrə diqqət yetirməli və daha çox hansı silahlara üstünlük verməyi öyrədir. Bu, əlbəttə ki, bizim ordunun, donanmanın, dövlətin bütün hərbi komponentinin təkmilləşdirilməsinə gətirib çıxaracaq prosesdir. Buna heç bir şübhəm yoxdur”, - Rusiya lideri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ