Severodonetsk uğrunda ağır döyüşlər - VİDEO

Ukrayna Milli Qvardiyası bəyan edib ki, Severodonetskdə Rusiya ordusu ilə ağır döyüşlər gedir. 

Döyüşlərin görüntüləri iyunun 21-də sosial şəbəkədə yayımlanıb.

“İstirahətsiz və yuxusuz şəhərin müdafiəsini saxlayırıq. Severodonetsk uğrunda döyüşlər davam edir. Düşmən bizdən layiq olduğunu alır - ölümü”, - deyə Millİ Qvardiyanın məlumatında deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, rusiyalılar Severodonetsk üzərində tam nəzarəti ələ keçirmək üçün hücumlarını davam etdirir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ