Rusiya və NATO müharibəsi harada başlaya bilər? - Ən təhlükəli yer

Belarusdan Kalininqrada gedən Suvalski dəhlizi NATO-ya qarşı müharibə olacağı təqdirdə Kremlin ilk hədəfi olacaq. Bu barədə “Politico” nəşri yazır.

“Litvanın cənub-şərq sərhədində yerləşən Druskininkay şəhəri Suvalski dəhlizi kimi tanınan dar strateji əraziyə çıxır. Qərb hərbi analitikləri xəbərdarlıq edirlər ki, əgər Rusiya prezidenti Ukraynadakı müharibəni NATO ilə birbaşa toqquşmaya çevirmək qərarına gələrsə, bu ərazi onun ilk hədəflərindən biri olacaq”, - nəşr yazır.

“Politico” qeyd edir ki, Rusiyanın Kalininqrada quru yol açmaq cəhdləri nüvə silahına malik dövlətlərin irimiqyaslı müharibəsinə səbəb olacaq. Litvanın Rusiya anklavına bəzi məhsulların tranzitinə qismən qadağa qoyması regionda vəziyyəti daha da gərginləşdirib.

Jurnalistlər əlavə edirlər ki, bu qaçılmaz ehtimal deyil və hələlik yalnız fərziyyədir.

Qeyd edək ki, təxminən 100 km uzunluğunda olan Suvalski dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves verib. O, güman edirdi ki, bu, çox təhlükəli yerdir, çünki Rusiya bu ərazini işğal etməklə bütün Baltikyanı ölkələrin qarşısını kəsə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ