Zelenski cəbhə bölgəsinə getdi

Ali Radanın “Xalqın qulluqçusu”ndan olan deputatı Maryana Bezuqlaya iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda Lisiçanska gizli səfər edib. 

“O bizə dəstək olmaq və öz gözləri ilə hər şeyi görəmək üçün atəş altında buraya gəldi. O, bizimlə idi”, - deyə maryana yazıb.

Deputat Zelenskinin hərbçilərin əhatəsində olan fotosunu dərc edib, onun Lisiçanska səfəri zamanı çəkildiyi iddia edilir.

Bu məlumatın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Ukrayna prezidentinin ofisi bununla bağlı şərh verməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ