Ukrayna Qara dənizdə Rusiya platformalarını vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın qazma platformalarına hücum edib. Bu barədə Krımın rəhbəri Sergey Aksenov öz Telegram-kanalında məlumat verib.

“Bu gün səhər “düşmən” “Çornomornefteqaz”ın qazma platformalarına hücum edib. Müdafiə Nazirliyi və FTX-dakı həmkarlarımla əlaqə saxlayıram, biz insanların təxliyəsi üzərində işləyirik”, - deyə o bildirib.

Krım rəhbərinin sözlərinə görə, zərbə nəticəsində ən azı üç nəfər xəsarət alıb. Bir neçə işçinin axtarışları hələ də davam edir. Aksenov əlavə edib ki, xilasetmə əməliyyatlarına patrul gəmiləri və aviasiya cəlb olunub.

Zərbələrdən bir həftə əvvəl ABŞ peykləri Rusiyanın Qara dənizdəki qazma platformalarını çəkiblər

Amerikanın “Worldview-1”, “Worldview-2” və “Worldview-3” kommersiya peykləri Ukrayna qoşunlarının hücumundan bir həftə əvvəl “Çernomornefteqaz” qazma platformalarının yerləşdiyi Qara dəniz ərazisinin şəklini çəkiblər.

Bu barədə “RİA Novosti” öz mənbələrinə istinadən yazıb.

İddia olunur ki, iyunun 11, 13 və 14-də peyklər Rusiya qazma platformalarının yerləşdiyi ərazini lentə alıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ