Severodonetsk uğrunda ağır döyüşlər: Ukrayna ordusu mövqelərini itirir

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin regional mərkəzi yaxınlığındakı şəhər tipli Metelkino qəsəbəsinə artıq nəzarət etmir. 

Bu barədə Luqansk vilayətinin dövlət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Severodonetsk və Lisiçansk ətrafında bir çox kəndlərdə döyüşlər gedir. Təəssüf ki, indi rayon mərkəzinə yaxın olan “Metelkino”ya nəzarət etmirik”, - deyə o bildirib.

O həmçinin əlavə edib ki, Rusiya ordusu artilleriya və hava hücumlarını gücləndirib.

“Rusiyalılar Severodonetsk sənaye zonasını və şəhərin kənarlarını intensiv atəşə tuturlar. Eyni vəziyyət Toşkovka və Ustinovka rayonlarındadır, çünki RF qoşunları oradan sıçrayış etmək istəyirlər və bunun üçün xeyli sayda texnika cəlb ediblər”, - Qayday qeyd edib.

Onun sözlərinə görə, rusiyalılar “sürünən” taktikalardan istifadə etməkdə və bütün mümkün silahlardan Luqansk bölgəsini atəşə tutmaqda davam edirlər. BÖlgədə mülki əhalinin təxliyəsi davam edir.

“Lisiçanskdan  hərbi idarə işçiləri, polis əməkdaşları, xilasedicilər və könüllülərin dəstəyi ilə “sakit” təxliyə həyata keçirilir. Aktiv döyüşlərin davam etdiyi yaşayış məntəqələrindən insanlar hərbçilər tərəfindən zirehli texnika ilə çıxarılır”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ