Rusiya tərəfindən Ukraynanın Dnepropetrovsk vilayətində komanda məntəqəsinə raket hücumu nəticəsində ən azı 50 zabit ölüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
İddia olunur ki, iyunun 18-də saat 12:30-da Rusiya hərbçiləri Şirokaya Daça kəndi yaxınlığında (Krivoy Roqdan 37 kilometr aralıda) Ukrayna qoşunlarının komanda məntəqəsini dənizdən buraxılan uzaqmənzilli “Kalibr” raketləri ilə vurublar. Qeyd olunur ki, həmin vaxt Ukrayna zabitləri toplantı keçirirdilər.
“Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox general və zabiti ölürülüb. Onların arasında Baş qərargahın zabitləri, “Kaxovka” qoşunlar qrupunun komandirləri, eləcə də Nikolayev və Zaporojye istiqamətlərində fəaliyyət göstərən hava hücumu qoşunları və birləşmələrinin hərbçiləri olub”, - deyə Rusiya Müdafiə Nazirliyinin məluamtında vurğulanır.