Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib

İyunun 19-da günorta saatlarında Rusiya hökumətinin keçmiş dövlət katibi və baş nazirinin birinci müavini Gennadi Burbulis Bakıda vəfat edib.

Bu barədə Turan agentliyi öz mənbələrinə istinadən xəbər yayıb. Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Burbulis Bakıda hotellərdən birində saunada olduğu vaxt dünyasını dəyişib.

Qeyd edək ki, Gennadi Burbulis Bakıya beynəlxalq forumda iştirak etmək üçün gəlmişdi. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ