NATO Rusiyanı təhlükəsizliyə təhdid elan edəcək

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, alyansın Madriddə keçiriləcək sammitinin iştirakçıları Rusiyanı təhlükəsizliyə təhdid elan edəcəklər. 

Buta.media-nın xəbərinə görə, o, bu barədə “Bild am Sonntag” nəşrinə müsahibəsində bildirib.

“Biz bəyan edəcəyik ki, Rusiya artıq tərəfdaş deyil, təhlükəsizliyimizə, eləcə də sülh və sabitliyə təhdiddir”, - Şimali Atlantika Alyansının baş katibi deyib.

O əlavə edib ki, NATO-nun yeni strateji konsepsiyasında hərəkətləri ilə alyansın maraqlarına, dəyərlərinə və təhlükəsizliyinə problem yaradan Çindən də bəhs ediləcək.

NATO-nun sammiti 28-30 iyun tarixində Madriddə keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ