Ukraynalı general ağır itkiləri etiraf etdi - Qərb söz verdiyi köməyi etmir

Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibədə ağır hərbi texnikasının 50 faizini itirib.

Buta.media-nın xəbərinə görə, bu barədə “National Defence” jurnalına müsahibəsində Ukrayna quru qoşunlarının logistika üzrə komandiri Vladimir Karpenko və Ukrayna müdafiə nazirinin təchizat üzrə müavini Denis Şarapov deyib.

Karpenko qeyd edib ki, söhbət yalnız ağır silahlardan gedir.

Onun sözlərinə əsasən, Ukrayna ordusu ümumilikdə 1300 piyada döyüş maşını, 400 tank və 700 artilleriya sistemi itirib.

Öz növbəsində Şarapov qeyd edib ki, cəbhə xəttinin uzunluğu 2500 kilometr təşkil edir, döyüşlərin baş verdiyi ön cəbhə xətti isə - 1000 kilometr. Karpenko əlavə edib ki, bir hərbi hissə cəbhənin 40 kilometrini bağlayır. Bu isə o deməkdir ki, cəbhə xəttini tam qorumaq üçün 40 hərbi hissə lazımdır və onlardan hər biri 100 PDM, 30 tank və 54 artilleriya sistemi tələb edir.

Ukrayna müdafiə nazirinin müavini diqqətə çatdırıb ki, silahların belə kütləvi şəkildə istifadə olunması zamanı Qərbin göndərdiyi silahlar Ukrayna Silahlı Qüvvələrinin ehtiyacını yalnız 10-15 faiz ödəyir.

Öz növbəsində Karpenko əlavə edib ki, hazırda Ukrayna ordusunun, ərazi müdafiə və təhlükəsizlik qüvvələrinin ümumi sayı bir milyon nəfərə çatır və onların hamısını silah, fərdi müdafiə vasitələri və əlaqə vasitələri ilə təchiz etmək lazımdır.

Xatırladaq ki, bundan əvvəl Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya Ukrayna ordusunun Donbasda hər gün 200-500 nəfər itirdiyini bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ