Conson ikinci dəfə Kiyevdə - Baş nazirin səfərinin təfərrüatı

Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün səfər edib.

Buta.media-nın xəbərinə görə, bu Consonun Kiyevə müharibə başlayandan ikinci səfəridir. İlk səfər aprel ayında baş tutmuşdu.

Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermak qeyd edib ki, Conson və Zelenski Britaniyanın Ukraynaya ağır hərbi texnika və HHM sistemlərinin tədarükünü, Rusiyaya sanksiya təzyiqinin artırılmasını, həmçinin təhlükəsizlik zəmanətini müzakirə ediblər.

Zelenski Britaniyanın baş nazirinə dəstəyə görə təşəkkür edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ