Qazaxıstan prezidenti Putinlə iclasda - Qondarma DXR və LXR tanımırıq

Qazaxıstan qondarma Donetsk və Luqasnk Xalq Respublikalarının (DXR və LXR) müstəqilliyini tanımır və onları kvazidövlət heab edir.

Buta.media-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Peterburq Beynəlxalq İqtisadi Foroumunda çıxışında deyib.

Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi iclasda Tokayev bildirib ki, hər bir millətin öz dövləti qurmaq hüququ və artıq mövcud olan digər dövlətdəna yrılmaq istəyi dünyanın bölünməsinə səbəb olacaq. 

Onun fikrincə, əgər xalqların öz müqəddəratını təyinetmə hüququ reallaşarsa, o zaman BMT-yə üzv olan 193 dövlət əvəzinə 500-600-dən çox yeni ölkə yaranacaq ki, bu da xaosa gətirib çıxaracaq.

“Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə Abxaziyanı tanımır. Bu prinsip digər kvazidövlətlərə, o cümlədən DXR və LXR də tətbiq olunur”, - Qazaxıstan lideri vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ