Real döyüşlər: “Beynəlxalq legion”un döyüşçüləri Rusiya ordusuna qarşı - VİDEO

“Beynəlxalq legion”un döyüşçüləri Ukraynanın Severodonetsk Rusiya ordusuna qarşı necə döyüşdüklərini göstəriblər. 

Buta.media-nın xəbərinə görə, videonu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat mərkəzi öz “Facebook səhifəsində” dərc edib.

Videoda əvvəlcə döyüşçülərin sənaye və ya anbar sahəsinin içərisində hərəkət etdiyi göstərilir. Onlar daim sütunların arxasında gizlənir və sürətlə hərəkət edirlər.

Komanda koordinasiyalı və diqqətli şəkildə işləyir. Pilləkənləri qalxarkən ən qabaqda olan döyüşçü düşmənin olub-olmadığını yoxlayır. 

Xatırladaq ki, Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday hələ iyunun əvvəlində demişdi ki, “Beynəlxalq legion”un döyüşçüləri Severodonetskə gəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ