“New York Times” qəzeti Luqansk vilayətinin Ukrayna hərbçilərinin nəzarətində olan Lisiçansk şəhərində kütləvi məzarlığın fotosunu dərc edib.
Məzarlığa ümumilikdə Severodonetsk və Rubijne şəhərlərinin atəşə tutulması nəticəsində həlak olan 300-ə yaxın dinc sakinin cəsədi atılıb.
Nəşr qeyd edir ki, meyitlər torbalara yığılaraq məzarlığa atılır, çünki onları götürüb basdıra biləcək qohumlar yoxdur. Hərbçilər izah ediblər ki, aprel ayından cəsədləri səngərdə basdırırlar və bütün texnika səngərlərin tikintisinə yönəldiyi üçün hələ də məzarlığın üstünü torpaqla örtə bilməyiblər.
Lisiçansk qonşu Severodonetsk ilə birlikdə Luqansk vilayətində rus hərbçilərinin hələ də nəzarət altına almadığı sonuncu iri yaşayış məntəqəsidir. Hər iki şəhər RF qoşunları tərəfindən intensiv atəşə tutulur.
Luqansk şəhəri qondarma Luqansk Xalq Respublikasının nəzarətinə keçdikdən sonra Severodonetsk Luqansk vilayətinin inzibati mərkəzinə çevrilib. Mayın sonundan şəhər uğrunda döyüşlər gedir. İyunun 17-nə olan məlumata görə, bütün Severodonetsk ərazisi rus qoşunlarının nəzarətindədir.