Draqi, Makron və Şolz müharibə başlayandan ilk dəfə Ukraynaya gediblər

İtaliyanın baş naziri Mario Draqi, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz müharibə başlayandan bəri ilk dəfə Ukraynaya gediblər.

İtaliyanın “La Reppublica” qəzetinin məlumatına görə, onlar artıq Polşa-Ukrayna sərhədini keçiblər.

Üç ölkə liderinin Ukrayna Dəmir Yolları şirkətinin diplomatik qatarında çəkilmiş birgə fotosu İtaliya hökumətinin mətbuat xidməti tərəfindən dərc edilib. Draqi, Makron və Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəkləri Kiyevə gedirlər.

İtaliyanın “Rai News” nəşri yazır ki, onların səfəri ölkəyə Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul edilməzdən əvvəl Ukraynaya dəstək siqnalı olmalıdır. Avropa Komissiyası bu məsələ ilə bağlı iyunun 17-də tövsiyə verməlidir (Ukraynaya namizəd statusunu dəstəkləyəcəyi bildirilir), sonra blok ölkələrinin liderləri 23-24 iyunda Brüsseldə keçiriləcək sammitdə bu məsələni müzakirə edəcəklər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ