Ukrayna bir günə Donbasda min əsgər itirir - Araxamiya

Ukraynanın Donbassda ölən və yaralananlar üzrə itkiləri gündə min nəfərə qədərdir. 

“Axios” xəbər verir ki, bunu Ali Radada “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri və Rusiya ilə sülh danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya ABŞ-a səfəri zamanı bildiriblər.

Araxamiyanın bildirib ki, Donbasda hər gün 200-500 Ukrayna əsgəri ölür, yaralananların sayı isə daha çoxdur.

Mayın sonunda Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ölkə Donbasda hər gün 60-100 insanı itirir, 500 nəfər yaralanır. Araxamiyanın sözlərinə görə, son iki həftə ərzində itkilərin sayı xeyli artıb.

O həmçinin qeyd edib ki, Ukrayna bir milyona yaxın şəxsi orduya səfərbər edib və daha iki milyonu da səfərbər edə bilər, lakin onların silahlanması lazımdır.

“Bizim hücum, əks-hücum üçün təlim keçmiş insanlar var, lakin bunun üçün silah lazımdır”.

Araxamiya əlavə edib ki, Ukrayna danışıqlar qrupunun üzvləri rusiyalı həmkarları ilə həftəlik telefon danışıqları aparır, lakin “aydındır ki, hazırda danışıqlar üçün yer yoxdur”. 

“Bizim danışıqlardakı mövqeyimiz əslində olduqca zəifdir, ona görə də [dəyişənə qədər] danışıqlar masasına oturmaq istəmirik”, - deyə o izah edib.

Ukraynalı müzakirəçi bildirib ki, Rusiya yüksək neft qiymətlərinə görə sanksiyalardan böyük ölçüdə immunitetə malikdir, lakin onların tam təsirini 3-4 ildən sonra hiss edəcək.

Qeyd edək ki, Ukrayna Qərb ölkələrindən Rusiya ilə mübarizəni davam etdirmək üçün əlavə silah tələb edir və iddia edir ki, indiyədək ehtiyacı olanın yalnız onda birini alıb. İyunun 15-də ABŞ prezidenti Co Bayden Kiyevə artilleriya və gəmi əleyhinə raketlərin tədarükü daxil olmaqla yeni bir milyard dollarlıq yardım paketini imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ