Gürcüstan turistlər üçün bütün məhdudiyyətləri ləğv etdi

İyunun 15-dən Gürcüstan xarici turistlər üçün koronavirusla bağlı bütün məhdudiyyətləri aradan qaldırır. 

Buta.media-nın xəbərinə görə, hökumətin qərarı “Legislative Herald of Georgia”nın saytında dərc olunub.

Bununla da, xarici vətəndaşlar Gürcüstan sərhədini keçərkən PCR testləri və ya peyvənd sertifikatları təqdim etmək öhdəliyindən azad ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ