Rusiya Kamışevaxanı işğal etdi - Kadırov təsdiqlədi

Rusiya ordusu Ukraynanın Kamışevaxa qəsəbəsini işağl edib. 

Buta.media-nın xəbərinə görə, bu barədə çərşənbə axşamı, iyunun 14-də Çeçenistan rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında yazıb.

Respublika başçısı həmçinin qeyd edib ki, çeçen döyüşçülər mülki əhaliyə anlayış və diqqətlə yanaşır, insanları təxliyə edir, onlara mümkün köməklik göstərirlər.

“Kamışevaxa sakinləri dərindən nəfəs ala bilərlər, çünki bundan sonra onlar “Ukrayna işğalından” azaddırlar. Mükəmməl işə görə Zamid Çalayevə və alayın bütün şəxsi heyətinə təşəkkür edirəm!” - siyasətçi əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ