Roma Papası: Üçüncü dünya müharibəsi elan olunub

Roma Papası Fransisk hesab edir ki, planet artıq bir əsrdə üçüncü dünya müharibəsindən keçir və bu, insanları düşündürməlidir. 

Buta.media-nın xəbərinə görə, onun sözlərini TASS sitat gətirir.

“Hesab edirəm ki, bu gün üçüncü dünya müharibəsi elan olunub... Və bu, bizi düşündürəcək məsələ olmalıdır. Bir əsrdə üç dünya müharibəsindən sağ çıxan bəşəriyyətlə nə baş verir? Bu bəşəriyyət üçün pisdir, bu fəlakətdir” - deyə pontifik bəyan edib.

O, həmçinin xatırladıb ki, Ukraynadan başqa, digər ölkələrdə, o cümlədən Afrikada da münaqişələr davam edir, lakin “bu, heç kimin vecinə deyil”.

Qeyd edək ki, pontifik dəfələrlə Ukrayna ərazisində hərbi əməliyyatların aparılmasına qarşı çıxış edib və ümid etdiyini bildirib ki, Moskva ilə Kiyev arasında münasibətlərdəki gərginliyin çoxtərəfli dialoq vasitəsilə aradan qaldırılması mümkündür. O, insanları Ukraynada sülh üçün dua etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ