İşgəncə və edam: Kiyev ətrafında kütləvi məzarlıq tapıldı - FOTO

Ukraynanın Buçanski rayonunda rusiyalı hərbçilər tərəfindən güllələnən mülki şəxslərin daha bir kütləvi məzarlığı aşkarlanıb. 

Buta.media-nın xəbərinə görə, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebıtov Facebook sosial şəbəkəsində paylaşım edib.

“Rusiyalılar yeddi dinc sakinə işgəncə verdilər, sonra isə onları başlarına güllə vurararaq vəhşicəsinə edam etdilər”, - Nebıtov yazıb və mülki şəxslərin dəfn olunduğu yerdən fotoları dərc edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası əsgərləri tərəfindən güllələnən şəxslərin kütləvi məzarlığı Buçanski rayonunun Mirotskoye kəndi yaxınlığında aşkarlanıb.

“Qurbanların çoxunun əlləri bağlanıb və dizləri güllələnib. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Bu Rusiya ordusunun Kiyev vilayətində növbəti sadist cinayətidir”, - Nebıtov vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ