ABŞ haubitsaları Ukraynada Rusiya “Qrad”larını belə məhv etdi - VİDEO

Ukrayna hərbçiləri Luqansk vilayətində Rusiyanın “Qrad” qurğularını məhv ediblər. 

Buta.media xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Xüsusi Əməliyyat Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd edilir ki, rusiyalılar bu “Qrad”lar vasitəsilə Severodonetsk və digər yaşayış məntəqələrini atəşə tuturdular.

Ukrayna Milli Qvardiyasının artilleriyaçıları ABŞ-ın M777 haubitsalarından istifadə edərək üç Rusiya MLRS-ni dəqiq atəşlə məhv edib, digərini isə zədələyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ