Ukraynadakı müharibədə həlak olan rus hərbçilərinin sayı 20.000-ə qədər ola bilər.
BBC-nin müdafiə müxbiri Jonathal Beal-in sözlərinə görə, bunu anonim yüksək rütbəli Qərb kəşfiyyat rəsmisi bildirib.
Bir həftə əvvəl onun Rusiya itkiləri ilə bağlı təxminlərinə görə 15,000 civarında idi. İndi isə təhlükəsizlik xidmətinin sözçüsü deyir ki, bu rəqəm “15-20 min arasında” artıb.
Adının çəkilməsini istəməyən məmur müharibə zamanı həlak olan ukraynalı əsgərlərin sayını təxmin etməkdən imtina edib. Eyni zamanda o, etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrində 100 gündən artıq davam edən döyüşlərdən sonra “mənəvi-ruhiyyə ilə bağlı problemlər var”.
Onun fikrincə, Ukrayna hərbçilərinin “çox ağır itkilərə məruz qalmasına” baxmayaraq, Rusiyanın Ukraynadakı kampaniyası “bir çox səviyyələrdə son dərəcə qeyri-funksional olaraq qalır”.
Rəsmi bildirib ki, Rusiya qüvvələrinin bəzi döyüş sursatları, xüsusən də qanadlı raketlər kimi dəqiq idarə olunan silahlar tükənir.
Bununla belə, Qərb kəşfiyyat rəsmisi əlavə edir ki, Moskvada hələ də idarə olunmayan bombaların böyük ehtiyatı var.