Zelenski Putinə qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiq edilməsi barədə sərəncam imzalayıb.

Budur Ukrayna Prezidentinin fərmanından əsas mahiyyəti:

  • aktivlərin bloklanması;
  • ixrac-idxal əməliyyatlarının, emal əməliyyatlarının qadağan edilməsi baxımından ticarət əməliyyatlarının məhdudlaşdırılması;
  • resursların tranzitinin, uçuşların və Ukrayna ərazisindən daşınmasının tam dayandırılması;
  • kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;
  • iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması;
  • dövlət əmlakının özəlləşdirilməsində, icarəsində iştiraka qadağa;
  • Ukraynanın radiotezlik resursundan istifadəyə qadağa.

Bundan əlavə, Rusiya xarici işlər naziri Sergey Lavrov, Prezidentin sözçüsü Dmitri Peskov, Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyquya qarşı sanksiyalar tətbiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ