Lirə kəskin ucuzlaşdı - Ərdoğanın bəyanatından sonra

Türkiyə lirəsi ucuzlaşmaqda davam edir.

Buta.media-nın xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uçot dərəcəsinin qaldırılmasından imitna olunması ilə bağlı bəyanatından sonra birjalarda bir ABŞ dolları 16,64 lirəyə qədər yüksəlib. 

Ötən il Türkiyədə uçot dərəcəsinin bir neçə dəfə aşağı salınması ölkə iqtisadiyatına mənfi təsir edib. Belə ki, milli valyutanın məzənnəsinin kəskin dəyişməsi fonunda inflyasiya 36%-ə qədər yüksəlmişdi. 

Bu il Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayır - 14%. Bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra Ərdoğan bildirib ki, hökumət uçot dərəcəsini qaldırmayacaq, əksinə onun aşağı salınmasına çalışacaq.

Qeyd edək ki, iyunun 9-da 1 türk lirəsi 0.0989 manat təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ