Rus qoşunları Ukraynaya sovet tankları yerləşdirdi

Rus qoşunları Zaporojye yaxınlığında 30-a qədər sovet T-62 tankı yerləşdirib.

Bu barədə brifinqdə Ukrayna Müdafiə Nazirliyinin spikeri Aleksandr Motuzyanik bildirib. Onun sözlərinə görə, döyüş maşınları uzunmüddətli atəş nöqtələri kimi Zaporojyedən 35 kilometr aralıda, işğal olunmuş Vasilyevka ərazisində yerləşdirilib.

Bundan əvvəl Ukraynanın Zaporojye vilayətinin hakimiyyət orqanları Rusiya qoşunlarının atəş nöqtələrini təchiz etmək üçün sovet tanklarından istifadə etmək planları barədə məlumat vermişdilər.

İyunun 8-də Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Oleksandr Motuzyanik də Rusiya hərbçilərinin Xerson yaxınlığında “İsgəndər-M” raket komplekslərini yerləşdirdiyini bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ