Ukraynalılar rusiyalı hərbçiləri belə məhv etdilər - VİDEO

Ukrayna hərbçiləri “Stuqna-P” tank əleyhinə raket kompleksi ilə bir qrup rusiyalı əsgəri məhv ediblər. 

Buta.media UNİAN-a istinadən xəbər verir ki, ukraynalılar Rusiya hərbçilərinin cəmləşdiyi yerə “Stuqna-P” atəş açıblar.

Operator ruslardan ibarət dəstənin hərəkət etdiyini görüb. Rusiyalılar aydın görünən nöqtəyə çatanda onlara atəş açılıb. Daha sonra videoda rus əsgərlərinin cəsədlərinin müxtəlif istiqamətlərə uçduğu görsənir.

Qeyd olunur ki,  hadisə zamanı 10-a yaxın rus hərbçisi ölüb. Ən azı üç hərbçi sağ qalmağı bacarıb - videonun sonunda onlar ayağa qalxaraq gizlənməyə çalışıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ