Lavrov Türkiyəyə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.

Bu barədə TASS xəbər verir.

İyunun 8-də Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları planlaşdırılır.

Nazirlər Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, Lavrov və Çavuşoğlu Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Bizim Telegram kanalımıza abunə olun

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ