ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ Prezidenti Co Bayden elektrik enerjisi istehsal gücünün mümkün çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edib.

Bayden həmçinin bir sıra Asiya ölkələrindən günəş panellərinin idxalına vergi güzəştini uzadıb.

Amerika lideri ştatların istehlakçı tələbatını ödəyə biləcək elektrik enerjisi istehsal etmək qabiliyyətini təhdid edən “bir çox amillərdən” danışıb.

O bildirib ki, xüsusilə söhbət Ukraynadakı vəziyyət, eləcə də, iqlim dəyişikliyi ilə əlaqədar enerji bazarlarında yaranan fasilələrdən gedir. Belə ki, ölkədə yerli istehsal inkişaf edərkən, Vaşinqton Kamboca, Malayziya, Tailand və Vyetnamdan günəş panelləri və modullarının idxalına rüsumları ləğv edir. İstisna iki il müddətində qüvvədə olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ