Türkiyə və Rusiya Ukraynanın taxılının daşınması ilə bağlı razılığa gəldilər

Türkiyə və Rusiyanın Ukrayna taxılının limanlardan daşınması planı üzərində razılaşıblar.

Bloomberg-in verdiyi məlumata görə, Rusiya və Türkiyə taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti plan barədə razılığa gəliblər. Ukrayna Rusiyanın Odessaya hücum etmək üçün təhlükəsiz dəhlizdən istifadə edəcəyindən ehtiyat edərək bu fikrə “şübhə ilə yanaşır”.

Plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq.

Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək.

İyunun 6-da prezident Vladimir Zelenski, iyunun 6-da böhranın həllində mümkün iştirakçılar kimi Ukraynanın etibar etdiyi ölkələr sırasında Türkiyəni göstərib. Eyni zamanda, onun fikrincə, bu vəziyyətdə təhlükəsizliyin ən yaxşı təminatı Ukraynaya gəmi əleyhinə silahların tədarükü olardı.

Planın Rusiya xarici işlər naziri Sergey Lavrovun 8-9 iyun tarixlərində Türkiyəyə səfəri zamanı gündəmdə olacağı gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov Lavrovun Ankaraya səfəri zamanı taxıl məsələsinin də müzakirə olunacağını təsdiqləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ