Rusiya ordusu Donetsk vilayətinin Svyatogorsk şəhərinin ələ keçirilməsini başa çatdırır.
Buta.media-nın xəbərinə görə,bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
Konaşenkov iddia edir ki, döyüş zamanı ukraynalı hərbçilər Ukrayna qoşunlarının geri çəkilməsinin qarşısını almaq üçün Severski Donets çayı üzərindəki körpünü partladıblar.
Nəticədə 80-ə yaxın ukraynalı hərbçinin əsas qüvvə və təchizatla əlaqəsi kəsilib, onlar silahlarını ataraq çayı üzüb keçiblər.
Konaşenkov əlavə edib ki, rusiyalı hərbçilər onlara atəş açmayıblar.