Zelenski Donbassda - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Baxmut və Luqansk vilayətinin Lisiçansk rayonlarına səfər edib.

Buta.media xəbər verir ki, Ukrayna prezidenti burada hərbçilərin mövqelərinə və komanda məntəqələrinə baş çəkib.

Zelenski cəbhənin bu istiqamətlərində əməliyyat vəziyyəti, eləcə də Ukrayna ordusunun maddi-texniki təminatı barədə hesabatı dinləyib. Dövlət başçısı Ukrayna hərbçiləri ilə danışıb və onlara mükafat və hədiyyələr təqdim edib.

Qeyd edək ki, bazar günü səhər saatlarında Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətindəki mövqelərində də olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ