Kadırov çeçenlərin ukraynalılarla döyüşlərini göstərdi - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, çeçen bölmələrinin döyüşçüləri qondarma Luqansk Xalq Respublikasının (LXR) Kamışevaxa qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisini zərərsizləşdiriblər. 

Buta.media xəbər verir ki, Kadırov müvafiq videonu iyunun 5-də öz Telegram kanalında yerləşdirib.

“Hava kəşfiyyatının görüntülərindən millətçilərin necə təlaş içində olduqlarını görmək olar. Ukraynalılar artilleriya atəşlərindən xilas olmaq üçün mütəmadi olaraq yerdəyişmə edirlər, lakin bu onlara kömək etmir”, - Kadırov yazıb.

O əlavə edib ki, oxşar aqibət hər kəsi gözləyir. Çeçenistan rəhbərinin sözlərinə görə, ilk günlər göstərir ki, yeni fəaliyyət planı “özünü tam doğruldur”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ