İyunun 5-də səhər saatlarında Kiyevdə bir neçə güclü partlayış baş verib.
Buta.media xəbər verir ki, şəhər meri Vitali Kliçkonun sözlərinə görə, partlayışlar paytaxtın Darnitsa və Dneprovski rayonlarında qeydə alınıb.
Hazırda hadisə yerlərinə xilasedicilər cəlb olunub.
Şahidlər bildiriblər ki, partlayışlar raket atəşlərindən sonra baş verib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Kiyevin mülki infrastrukturuna zərbələrin endirilməsini təsdiqləyib.
“Təcavüzkar, dövlətimizin ərazisində, xüsusən də Kiyevdəki hərbi və mülki infrastruktur obyektlərinə raket və hava zərbələri endirməkdə davam edir”, - deyə məlumatda bildirilir.