Moskvada ticarət mərkəzində güclü yanğın - VİDEO

Moskvanın qərbində “Qrand Setun plaza” biznes mərkəzində yanğın baş verib.

Buta.media Lenta.ru-ya istinadən xəbər verir ki, ticarət mərkəzinin 5, 6 və 7-ci mərtəbələrində 15-20 nəfərin qaldığı bildirilir.ş 

Rusiya FHN iki nəfəri səkkizinci mərtəbədən xilas edib.

İlkin məlumata əsasən, yanğının sahəsi min kvadrat metrdən çoxdur. Yanğınla mübarizə üçün 180 yanğınsöndürən, 41 texnika və 15 təcili yardım maşını cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ