Bu bəşəriyyətin sonu olacaq - Medvedev nüvə müharibəsindən danışdı

Heç kim nüvə müharibəsini istəmir və Yer kürəsində nüvə kollapsının baş verməməsi üçün hər şey edilməlidir.

Buta.media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev qeyd edib ki, bununla belə nüvə müharibəsinin mümkünsüzlüyündən danışmaq səhvdir.

“Başa düşürsünüz, onlar deyəndə ki, bu, heç vaxt mümkün deyil həmişə yanılırlar. Üstəlik, nüvə silahı bəşəriyyət tarixində artıq istifadə olunub”, - deyə o Əl-Cəzirə telekanalına müsahibəsində vurğulayıb.

Medvedevin sözlərinə görə, ən vacibi odur ki, “ölkələrin qəbul etdiyi qərarlar bütün reallıqları nəzərə alınaraq qəbul edilməlidir”.

Medvedev Rusiya doktrinasına uyğun olaraq nüvə silahından istifadə edilə biləcəyi situasiyaları da açıqlayıb - əgər Rusiya özü nüvə silahından hücuma məruz qalarsa, əgər Rusiyanın mühüm infrastrukturuna hücum olunarsa və ya Rusiya Federasiyası adi silahlarla vurularsa, lakin bu zərbə dövlətin mövcudluğuna təhlükə yaradarsa.

“Bunu da heç kim unutmamalıdır. Təbii ki, heç kim nüvə müharibəsi istəmir. Bu bəşəriyyətin sonu olacaq və biz hamımız hər şeyi etməliyik ki, Yer kürəsində heç vaxt nüvə müharibəsi baş verməsin”, - o yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ