Erməni biznesmeni Moskvanın mərkəzində güllələdilər - VİDEO

Rusiyanın paytaxtı Moskvada erməni biznesmen, 62 yaşlı Ohanes Kamaryan killer tərəfindən qətlə yetirilib.

Buta.media xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb.

Görüntülərdə silahlı şəxsin iş adamına bir neçə dəfə atəş açdığı görünür.

Hadisə vaxtı Ohanes Kamaryanın yanında gənc qadının olduğu da görünür. Lakin qatil onu hədəfə almır.

Artıq iş adamını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bildirilir ki, o, Ermənistan vətəndaşıdır və 24 yaşı var.  

Mətbuat yazır ki, Ohanes Kamaryan Ermənistanda qətl təşkil etməyə cəhd göstərdiyi üçün axtarışa verilmişdi.

Eyni zamanda qeyd olunur ki, O.Kamaryanın bütün aktivləri övladlarının adına olub.

Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ