Yüzlərlə rus əsgəri əmrlərə tabe olmadıqları üçün işdən çıxarılıb

“The Wall Street Journal” işdən çıxarılma sənədinin surətinə istinadən yazır ki, Ukrayna ilə sərhəd yaxınlığında yerləşən bir neçə yüz rus əsgəri əmrlərə tabe olmadıqları üçün martın 4-də işdən çıxarılıb.

Məqalədən belə çıxır ki, əmri hərbi hissə komandiri imzalayıb.

Qəzetdə başqa təfərrüatlar verilmir. Xüsusən də vəzifədən çıxarılan hərbi qulluqçuların sayı və hansı hissədə xidmət etdiyi göstərilmir. Məqalə müəllifləri vurğulayırlar ki, onlara qarşı başqa sanksiyaların tətbiq edilib-edilməməsindən xəbərsizdirlər.

The Wall Street Journal-ın nəşri Rusiya hərbçilərinin Ukraynada döyüşməkdən imtina etməsinə həsr olunub. Xüsusilə, Ukraynada döyüşməkdən imtina etdiklərinə görə Rusiya Qvardiyasının diviziyalarından birinin 115 döyüşçüsü işdən qovulması ilə bağlı Nalçikdəki qarnizon hərbi məhkəməsinin qərarından bəhs edilir.

İşdən çıxarılmağa etiraz edən Rusiya Qvardiyası döyüşçülərinin iddiasını rədd edən məhkəmənin qərarı mayın 26-da məlum olub. Onların “özbaşınalıq edərək xidməti tapşırığı yerinə yetirməkdən boyun qaçıraraq öz təşəbbüsü ilə kollektiv olaraq daimi növbətçi məntəqəyə getmələri” göstərilməyib.

Mediazonanın məlumatına görə, Ukraynada döyüşməkdən imtina edən rus hərbçilərinin sayı minlərlə ola bilər. Xaricdəki əməliyyatlarda iştirakdan imtina edən Milli Qvardiyanın əməkdaşlarının kütləvi şəkildə işdən çıxarılması halları məlumdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ