Rusiya ordusu Kiyevə yeni hücuma hazırlaşır - BƏYANAT

Rusiya qoşunları yenidən Kiyevə hücum edə bilər, bu səbəbdən region sakinlərinə rahatlaşmamaq tövsiyyə olunur. 

Buta.media-nın xəbərinə görə, bu barədə Kiyev Ərazi Müdafiə Briqadasının nümayəndəsi Andrey kovalev deyib.

Onun sözlərinə əsasən, Ukraynanın şimal sərhədində, Belarusda rus qoşunlarının yeni bölmələri formalaşdırılıb.

“Bundan əlavə, düşmən PUA-ları ölkəmizin sərhədini keçərək vəziyyəti kəşf etməyə çalışırlar”, - o bildirib.

Kovalev qeyd edib ki, Kiyevə raket hücumları təhlükəsi də qalmaqdadır. Onun sözlərinə görə, kiyevlilər bütün bunlara diqqətlə yanaşmalıdırlar, çünki şimaldan gələn təhlükə aradan qalxmayıb.

“Kiyev üçün terror əməliyyatı təhlükəsi, eləcə də ballistik və qanadlı raketlərdən atəşə tutulma təhlükəsi var”, - deyə o əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ